Türkiyədə Emine Buluta görə minlərlə şəxs ayaq üstə: "Anne lütfen ölme" - FOTO - VİDEO


Türkiyədə Emine Bulutun qətlə yetirilməsi hadisəsinə etiraz yaşıl meydanlarda da davam etdirilir.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Super Liqasının 2-ci turunda keçirilən “Beşiktaş” - “Göztəpə” qarşılaşmasında “Beşiktaş” ın minlərlə azarkeşi "Anne lütfen ölme" yazılı plakatı açıblar.
Qeyd edək ki, Emine Bulutu Türkiyənin Kırıkkale şəhərində 4 il əvvəl boşandığı əri tərəfindən, 10 yaşlı qızının gözü qarşısında boğazından bıçaqlanaraq qətlə yetirilib.
Cinayətin videogörüntülərində qadının “Ölmək istəmirəm”, qızının isə “Ana, nə olar ölmə” sözlər ölkə ictimaiyyətini dərindən sarsıdıb.
Türkiyənin siyasət, elm, incəsənət xadimləri, idmançılar, eləcə də əhali ictimai və sosial media hesablarından hadisəyə etirazlarını bildirərək cinayətkarın ən ağır şəkildə cəzalandırılmasını tələb ediblər.

DİGƏR XƏBƏRLƏR

Top