Bakıda qaydaları pozan sürücü kameraya düşüb.
Yeniavaz.com Avtosfer.az-a istinadən xəbər verir ki, 10 XL 200 dövlət nömrə nişanlı avtomobilin sürücüsü əks yola çıxaraq hərəkətini davam etdirir.
Bununla da İXM-nin 327.4-cü maddəsinin tələbləri kobud şəkildə pozur.
Eyni zamanda digər sürücülərə təhlükə yaradır.
Ümid edirik ki, DYP sürücünü aşkar edərək müvafiq şəkildə cərimə edəcək.