Ərdoğan Putinlə telefonda danışdı: "Milli təhlükəsizliyimiz üçün təhdidə çevrilib"


"İdlibdəki hücumlar milli təhlükəsizliyimiz üçün təhdidə çevrilib".
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə danışarkən deyib. Bu danışıq Suriyada Türkiyə ordusuna məxsus müşahidə məntəqələrindən birinin Suriya ordusu tərəfindən mühasirəyə alınması xəbərindən sonra baş tutub.
Ərdoğan Vladimir Putinə hazırkı vəziyyətin İdlibdəki müzakirələrə zidd olduğunu bildirib: "İdlibdəki hücumlar milli təhlükəsizliyimiz üçün çox ciddi təhdidə çevrilib. Həmçinin Suriya ordusunun İdlibi bombalaması da insan haqları baxımından xaosa səbəb olur".
Qeyd edək ki, bu gün Suriya dövlət televiziyasında Türkiyə ordusuna məxsus müşahidə məntəqəsinin olduğu Morik qəsəbəsinin mühasirəyə alındığı xəbəri verilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top