ABŞ və Rusiya arasındakı "hərarət"in son zamanlarda daha da yüksəlməsi hər iki tərəfin yeni qərarlar almasına və sərt addımlara gətirib çıxarıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, növbəti belə addım Rusiya prezidenti Vladimir Putin tərəfindən atılıb. Birləşmiş Ştatların orta və qısa məsafəli raketlərin ləğvi haqqında sazişdən çıxmasından sonra keçirdiyi raket sınaqlarına cavab olaraq V. Putin Xarici İşlər və Müdafiə Nazirliklərinə təlimat verib. O, XİN-ə gələbiləcək təhlükələri diqqətli analiz etməsi, MN-ə isə lazımi müqavimətin göstərilməsi üçün əmer verib.