Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniya çempionatında növbəti oyununu keçirib.
Təcrübəli yarımmüdafiəçi II Bundesliqanın üçüncü turunun iştirakçısı olub.
Onun şərəfini qoruduğu “Aue” səfərdə “Arminiya” ilə görüşüb. Meydan sahibləri bu görüşdə 3:1 hesabı ilə qalib gəliblər.
90 dəqiqə meydanda olan D.Nazarov sarı vərəqə ilə cəzalanıb. Bu, “Aue”nin mövsümdə ilk məğlubiyyəti olub.
Üç oyundan sonra 6 xala malik komanda 4-cü pillədə qərarlaşıb. (APA)