Zelenski hoteldə baş verən yağında sahibkarı günahlandırdı: "Buna görə cavab verəcək"

Ukrayna Prezidenti Vladimir Zelenski Odessa şəhərinin "Tokyo Star" hotelindəki yanğına görə məsuliyyət daşıyanların cəzalandırılacağını və bu vəziyyətə şəxsən nəzarət edəcəyini deyib.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə "Facebook"da deyib.

"Nəinki yanğının birbaşa günahkarları eyni zamanda hotelin sahibi Vadim Çerny də buna görə cavab verəcək" – deyə dövlət başçısı bildirib.

V.Zelenski eyni zamanda, hotel sahibinin öz qazancını insan həyatından üstün tuta bilməyəcəyini vurğulayıb. Ukraynanın Baş naziri Vladimir Qroysman, öz növbəsində "dərhal insanların istirahət yerlərini, xüsusilə hotelərin və sanatoriyaların geniş miqyaslı yoxlanışına başlanılması" tapşırığını verib.

Xatırladaq ki, Odessa şəhərinin "Tokyo Star" hotelində baş verən yanğında 8 nəfər həyatını itirib, 10 nəfər yaralanıb. Yaralılardan dördünün vəziyyəti ağır olaraq qiymətləndirilir. Polis "Yanğın təhlükəsizliyi tələblərinin pozulması" maddəsi ilə cinayət işi açıb. 

Qeyd edək ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti, bu ilin iyul ayında hoteldə bir yoxlama aparılacağını bildirsə də sahibkar buna icazə verməyib.

 

DİGƏR XƏBƏRLƏR

Top