Polisə şikayət etməyə gəldi, yük maşınını bölmənin darvazasına çırpdı - TƏFƏRRÜAT

Avqustun 14-də Bakıda yük maşınının Xətai rayon Polis İdarəsinin 37-ci Polis bölməsinin darvazasına çırpılmasının təfərrüatı məlum olub.

Yeniavaz.com xəbər verir ki, hadisənin təfərrüatı barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlum olub ki, bölmənin darvazasına çırpılan “Hyundai” markalı yük maşını “Ceylan” MMC ticarət şirkətinə məxsus olub.

1986-cı il təvəllüdlü sürücü Seymur Mustafayev yük maşınının salonundan 1000 manat, bank kartı və sürücülük vəsiqəsinin oğurlanması barədə polisə şikayət etmək istəyib. O, bu məqsədlə 37-ci bölməyə gəlib. Lakin sürücü idarə etdiyi maşını darvazaya çırparaq polis təsərrüfatına ziyan vurub.

Hazırda oğurluq faktı ilə bağlı araşdırma aparılır, hələlik saxlanılan yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top