Azərbaycanda və dünyanın bir-çox ölkəsində fəaliyyət göstərən "Sputnik" xəbər agentliyinin baş redaktor, erməni əsilli Marqarita Simonyan Azərbaycanı işğalçılıqda ittiham edib.
Yeniavaz.com xəbər verir ki, "Sputnik"in baş redaktor sosial şəbəkə hesabında əlində avtomat silah tutan yaşlı bir qadının şəkilini paylaşıb. Həmin şəkilin üzərində isə "106 yaşlı erməni qadın öz evini qoruyur. 1990-cı il", - yazılıb.
Qeyd edək ki, Marqarita Simonyan şəkili paylaşarkən belə yazıb: "Mənim sizin "Faceapp" proqramına (insanın üz cizgilərini onun yaşına görə dəyişdirən proqram) ehtiyacım yoxdur, çünkü mən qocalanda bu cür görünəcəyimi bilirəm".
Marqarita Simonyanın paylaşdığı şəkilə rəy yazanlar bildiriblər ki, bu şəkil Dağlıq Qarabağda Mardakert (Ağdərə) rayonunda çəkilib.
Onu da qeyd edək ki, "Sputnik"in baş redaktor bu şəkili paylaşmaqla həm də azərbaycanlıların 1990-cı ildə Dağlıq Qarabağa hücum etdiklərinə işarə vurur.
Məlumat üçün bildirək ki, Marqarita Simonyan "Sputnik" xəbər agentliyilə bərabər "Russia Today" telekanalının da baş redaktorudur. Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Marqarita Simonyanı yüksək dövlət mükafatı olan "Aleksandr Nevski" ordeni ilə təltif edib. Marqarita Simonyan erməni əsilli kinorejisor və aktyor Tiqran Keosayan ilə evlidir.