41 yaşlı Cimi Aldaud Trampın yeni qanunun qurbanı oldu


ABŞ-da böyüyən İraq vətəndaşı deportasiya edildikdən bir neçə gün sonra dünyasını dəyişib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Trampın qəbul etdiyi yeni qanunla ölkədən deportasiya edilənlərdən biri Cimi Aldaud vəfat edib.
Yeni qanunda ABŞ-da qanunsuz yaşayan və ya illeqal yollarla ölkəyə gələn hər kəsin deportasiya edilməsi planlaşdırılır.
 Aparılan araşdırma nəticəsində məlum olub ki, Aldaud ABŞ-da böyüyüb və bütün ömrü boyu orada yaşayıb.
Bəhs edilən şəxsin ölüm səbəbi isə şəkər xəstəliyidir.
Həkimlər bildirib ki, Cimi Aldaud İraqda lazım olan insulini ala bilmədiyi üçün vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top