Tərtər rayonunda ehtiyatsızlıqdan polis əməkdaşı iş yoldaşını silahla vurub.
Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı 1996-cı il təvəllüdlü polis çavuşu Bəyoğlan Xıdırlı ayaq nahiyəsindən güllə yarası alıb.
Polis əməkdaşı Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılaraq əməliyyat edilib.
İlkin məlumatlara görə, yaralanan şəxs ilan tutmaq istəyirmiş. Polis həmkarı isə ilana atəş açarkən güllə səhvən öz iş yoldaşına dəyib.
Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.