"La Casa de Papel" serialı Meksikada həqiqət oldu


Meksikanın paytaxtı Mexikoda federal zərbxana silahlı şəxslər tərəfindən qarət edilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, 57 milyon Meksika pesosu dəyərində (5 milyon manat) qiymətli əşyaların oğurlandığı hadisə, zərbxana qarətindən bəhs edən populyar ispan serialı "La Casa de Papel" serialını xatırladıb.
Şəhərin dövlət təhlükəsizlik orqanına rəhbərlik edən Xesus Orta Martines, 3 nəfər silahlı şəxsin zərbxanada təhlükəsizlik əməkdaşlarını əsir aldıqlarını və əvvəlcədən qapısı açılmış kassanı qarət etdiklərini bildirib.
Oğruların yüzlərlə qızıl pul, qiymətli saat və digər əşyalarla birgə yoxa çıxdıqlarını bildirən Martines, cinayətkarların təhlükəsizlik kameralarından təyin edilməyə çalışıldığını açıqlayıb. Səlahiyyətli şəxslər oğurlanan əşyaların qiyməti haqqında bir şey deməsələr də, yerli mənbələr oğurlanan malların təxminən 57 milyon Meksika pesosu dəyərində (5 milyon manat) olduğunu bildirirlər. Polis hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib.
Qeyd edək ki, oğurlanan qızıl pullar Meksikanın müstəqilliyini əldə etməsinin 100 illiyi münasibətilə 1921-ci ildə istehsal edilmişdi.
Qeyd edək ki, əvvəlcə İspaniyanın yerli televiziya kanallarında yayımlanan, daha sonra şöhrətinə görə məşhur "Netflix" şirkəti tərəfindən alınaraq daha da təkmilləşdirilən "La Casa de Papel" serialının da əsas mövzusu bir qru şəxsin İspaniyanın Krallıq Zərbxanasını qarət etməsidir.

DİGƏR XƏBƏRLƏR

Top