Azərbaycanda qayınatasının hüzüründən qayıdan şəxsin DƏHŞƏTLİ ÖLÜMÜ - TƏFƏRRÜAT


Dünən gecə saat 21:45 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonunun Muğan qəsəbəsindən keçən hissəsində - 125-ci kilometrlikdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər Əmircan qəsəbəsi, T.Bağırov küçəsində yaşayan 59 yaşlı Elman Camal oğlu Kazımov yolu keçərkən Yasamal rayon sakini, 1983-cü il təvəllüdlü Valiulin Emin Xafiniyeviçin idarə etdiyi 90 ZS 907 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil tərəfindən vurulub. Ağır xəsarət alan Elman Kazımov Şirvan şəhər xəstəxanasına aparılıb. Lakin xəstəxanaya çatdırılanda onun artıq keçindiyi məlum olub.

Avtosfer.az-ın məlumatına görə, aparılan araşdırmalar nəticəsində məlum olub ki, Elman Kazımov da sürücüdür və öldüyü yerdən bir qədər kənarda idarə etdiyi “VAZ-2104” markalı, 90 LP 150 dövlət nömrə nişanlı avtomobili saxlayaraq yolu keçibmiş. Məlumata görə, avtomobildə onun həyat yoldaşı və oğlu da olub. Elman Kazımov Gürcüstündan qaynatasının yas mərasimindən qayıtsa da, yolboyu yanacağın bitməsinə fikir verməyib. Qaranlıq bir nöqtədə avtomobilin benzini qurtarıb. O da maşını yolun kənarında saxlayaraq yanacaq tapmaq üçün əks istiqamətə keçib. Geri qayıdarkən isə Gürcüstandan gələn Emin Xafiniyeviçin idarə etdiyi avtomobil tərəfindən vurulub. Ailə üzvləri Elman Kazımovun gec qayıtdığnı görərək düşüb əraziyə baxıblar. Bu zaman onun yol kənarında meyitini görüblər. Hadisə yerinə Yol-Patrul Xidməti əməkdaşları gəlib. Mərhumun ailə üzvləri stasionar postda aparılıb, oradan isə Bakıya yola salınıb.
Hazırda qəzanı törədən sürücü də saxlanılıb, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top