Azərbaycanlılar manata, yoxsa dollara daha çox etibar edir? - Maraqlı STATİSTİKA


Azərbaycanda əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi artmağa başlayıb. 
Yeniavaz.com-un Mərkəzi Bankdan açıqlanan sonuncu statistik göstəricilərə istinadən apardığı hesablamaya görə, əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcmi bu ilin əvvəlindən 8,2% və ya 622,3 milyon manat artaraq ötən ayın əvvəlində 8 milyard 233,9 milyon manata yüksəlib.
Artım milli valyuta üzrə yerləşdirilən əmanətlər üzrə qeydə alınıb. Xarici valyuta üzrə yerləşdirilən əmanətlərdə isə cüzi azalma baş verib. Belə ki, milli valyuta üzrə yerləşdirilən əmanətlər son 6 ayda 21,6% və ya 658,2 milyon manat artıb, xarici valyuta üzrə yerləşdirilən əmanətlər isə son 6 ayda 0,8% və ya 35,9 milyon manat azalıb. Nəticədə, milli valyuta üzrə yerləşdirilən əmanətlərin həcmi 3 milyard 697,1 milyon manat, xarici valyuta üzrə yerləşdirilən əmanətlərin həcmi isə 4 milyard 536,8 milyon manat olub.
Azalmaya baxmayaraq rəqəmlərdən də göründüyü kimi əmanətlərin yarıdan çoxu - 55,1%-i xarici valyutada yerləşdirilib.
Məlumat üçün bildirək ki, 2015-ci ildə baş verən devalvasiyadan əvvəl əhali faiz dərəcələri aşağı olmasına olmasına baxmayaraq banklara manatla əmanət yerləşdirməyə üstünlük verirdi. Məsələn, 2014-cü ildə milli valyutada yerləşdirilən əmanətlər üzrə faiz dərəcəsi (8,86%) xarici valyutada yerləşdirilən əmanətlər üzrə faiz dərəcəsindən (9,24%) aşağı olsa da, insanlar banklara manatla daha çox əmanət (4,29 milyard manat) yerləşdiriblər, nəinki xarici valyuta (2,18 milyard manat) ilə. Lakin, devalvasiyadan sonra manatla yerləşdirilən əmanətlərin həcmi azalmağa, xarici valyutada yerləşdiriləm əmanətlərin həcmi isə artmağa başladı. Hazırda milli valyutada yerləşdirilən əmanətlər üzrə faiz dərəcəsi (9,71%) xarici valyutada yerləşdirilən əmanətlər üzrə faiz dərəcəsindən (2,1%) təxminən 5 dəfə yüksək olsa da, insanlar aşağı olsa da, insanlar banklara xarici valyuta ilə daha çox əmanət (4,54 milyard manat) yerləşdiriblər, nəinki manat (3,69 milyard manat) ilə.
Maraqlı məqamlardan biri isə odur ki, devalvasiyanın baş verdiyi 2015-ci ildə manatla yerləşdirilən əmanətlərin həcmi kəskin şəkildə azalsa da, sonrakı illərdə yüksək faizlərə görə yenidən artmağa başlayıb. Xarici valyutada yerləşdirilən əmanətlər üzrə faiz dərəcəsinin aşağı düşməsi isə xarici valyutada yerləşdirilən əmanətlərin həcminin sonrakı illərdə azalmasına səbəb olub.
Rəqəmlərdən belə görünür ki, əhalinin manat və dollar seçimində onlardan hansının daha çox etibarlı olmasından çox, hansının daha yüksək gəlir gətirməsi daha əhəmiyyətlidir.
  Əmanət
faizləri
Əmanətlər
(milyon manat)
Tarix Manatla Xarici
valyuta ilə
Manatla Xarici
valyuta ilə
01.01.2014 9,42 % 9,66 % 3 730,1 1 890,2
01.01.2015 8,86 % 9,24 % 4 293,8 2 178,7
01.01.2016 8,08 % 8,06 % 1 386,3 6 854,6
01.01.2017 6,50 % 4,66 % 1 483.8 4 998.0
01.01.2018 10,72 % 3,37 % 2 471.0 4 345.2
01.01.2019 9,58 % 2,33 % 3 038.9 4 572.7
01.07.2019 9,71 % 2,1 % 3 697.1 4 536.8
 
 

DİGƏR XƏBƏRLƏR

Top