Bakıda maaşlar 1 manat 40 qəpik artıb - RƏSMİ


Bu ilin yanvar-may aylarının ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən Bakı şəhərində işçilərin orta aylıq nominal əməkhaqqı  821 manat 40 qəpik olub.
Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlnan məlumata istinadən bildirir ki, Bakı şəhərində işçilərin orta aylıq nominal əməkhaqqı bu ilin yanvar-may aylarında bundan 1 manat 40 qəpik az - 820 manat olub.
Açıqlanan məlumatda bildirilir ki, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

DİGƏR XƏBƏRLƏR

Top