İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri iyulun 30-da Bakıya gəliblər.
Yeniavaz.com xəbər ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Səfərdə məqsəd Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində baş tutacaq “Dəniz Kuboku” müsabiqəsində iştirak etməkdir.
Xatırladaq ki, bir qədər əvvəl Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi də Bakıya gəlib.
Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2019” avqustun 3-dən 17-dək keçiriləcək.