Kürdəmir sakini bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə bu gün saat 10:30 radələrində rayonun Atakişili kəndi ərazisində baş verib.
Belə ki, inşa edilən çoxmərtəbəli binada fəhlə işləyən kənd sakini, 1995-ci il təvəllüdlü Səməd Əhəd oğlu Həmidov ehtiyatsızlıq nəticəsində yıxılaraq ağır xəsarət alıb.
O, təcili olaraq Kürdəmir Rayon Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğundan orada ölüb.
Faktla bağlı araşdırma aparılır.(lent.az)