Dünya çempionundan Azərbaycan anaları ilə bağlı ÜRƏKDAĞLAYAN PAYLAŞIM - VİDEO


Azərbaycandakı bir çox ictimai məsələyə münasibət bildirən Ukrayna əsilli dünya şöhrətli sərbəst güləşçimiz Mariya Stadnik növbəti dəfə belə addım atıb.
Yeniavaz.com xəbər verir ki, güləşçi Bakı metrosunda yatmış iki qadının kadrlarını öz feyzbuk səhifəsində paylaşıb və belə bir şərh yazıb: "Bu video Bakı Metropolitenində çəkilib. Azərbaycan anası niyə bu vəziyyətdə olmalıdır?". Kadrları lentə alan şəxsdən və iki qadından başqa vaqonda heç kimin olmaması kadrların ya səhər tezdən, ya da gecə saatlarında çəkildiyini göstərir. Yorğun olduqları bəlli olan qadınların isə hansı işlə məşğul olduqları bilinmir.
Qeyd edək ki, ən yaxşı azərbaycanlı qadın güləşçilərdən hesab olunan Mariya Stadnik 2007-ci ildən Azərbaycan yığmasında çıxış edir. O, 2008 Pekin Olimpiadasında bürünc, 2012 London və 2016 Rio-de-Janeyro Olimpiadasında gümüş medal qazanıb. Dünya Çempionatlarında 2009-cu ildə Herninqdə qızıl, 2011-ci ildə İstanbulda və 2015-ci ildə Las-Veqasda gümüş, 2014-cü ildə Daşkənddə isə bürünc medal qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top