İmişli rayonunda ferma yanıb.
Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Otuziki kəndində yerləşən Qismət Qoca oğlu Quliyevə məxsus mal-qara fermasında baş verib.
Yanğın zamanı fermanın yanar konstruksiyaları və içəridə olan 1000-dən çox ot bağlaması yanıb. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisə fermanın həyətində tullantıların yandırılması səbəbi ilə baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb.