Türkiyədə 7 orqanında xərçəng aşkar olunan adam keçirdiyi uğurlu əməliyyatla sağlığına qovuşub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı Türkiyə vətəndaşı İrfan Akkaya 1 il əvvəl müayinədən keçərkən daxili orqanlarının xərçəngə yoluxduğunu öyrənib. Əməliyyata götürülməyən xəstəyə həkimlər 20 gün ömrünün qaldığını söyləyiblər. Ancaq, Ərzurumuda keçirdiyi əməliyyatla İrfan Akkayanın həyatında möcüzə baş verib. 7 orqanında xərçəng olmasına baxmayaraq xəstə əvvəlki sağlığına qovuşub.