Bakıda 65 yaşlı ana böyrəyini 37 yaşlı oğluna bağışladı


Uzun müddət xroniki böyrək çatışmazlığından əziyyət çəkən 37 yaşlı pasiyentə uğurla böyrək köçürülüb.


Yeniavaz.com xəbər verir ki, bu barədə Medicina.az-a Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən məlumat verilib.
Böyrəkköçürmə əməliyyatı​ urologiya və transplantologiya sahəsində yüksəkixtisaslı, peşəkar cərrah kimi tanınan Rəşad Şolanın rəhbərliyi ilə reallaşıb. Əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) "Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində​ həyata keçirilib.
 
Köçürülmüş böyrək resipiyentin orqanizmi tərəfindən qəbul edilib və əməliyyatdan dərhal sonra fəaliyyət göstərməyə başlayıb.

Əməliyyatdan sonra həkimin bütün tövsiyələrinə riayət etmək və böyrəyin orqanizm tərəfindən imtina edilməsinin qarşısını almaq üçün dərmanları qəbul etməkdir.
"Əməliyyatın riskli tərəfi donorun yaşlı olması ilə bağlı idi. Orqan çatışmazlığı yaşadığımız müasir dövrdə transplantasiya üçün yaşlı insanların yararlı böyrəyindən istifadəyə davam edilməsi donor ehtiyatını artırmaq üçün düşünülmüş və doğru alternativ yoldur. Ona görə də hesab edirik ki, başqa çıxış yolu yoxdursa, yaşlı donorların böyrəyini transplantasiyaya ehtiyac duyan pasiyentlərə köçürmək olar və lazımdır. Bu, uyğun orqan gözləməsi müddətini əsaslı şəkildə qısaldır və pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırır. Belə ki, uyğun donor axtarışı müddətində onlar mütəmadi hemodializ seanslarından keçmək məcburiyyətində qalırlar. Əsas qayda əməliyyatdan sonra həkimin bütün tövsiyələrinə riayət etmək və böyrəyin orqanizm tərəfindən imtina edilməsinin qarşısını almaq üçün dərmanları qəbul etməkdir" deyə şöbə müdiri, cərrah-uroloq, Rəşad Şolan qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top