Rusiya S-400 zenit-raket sistemlərinin tədarüklərini müvəqqəti dayandırıb.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətindən məlumat verilib.
Məlumata görə, Rusiya S-400 zenit-raket sistemlərinin Türkiyəyə çatdırılmasının birinci mərhələsini başa çatdırıb.
Nazirlik qeyd edib ki, digər mərhələdə raketlər razılaşdırılmış cədvələ əsasən Ankaraya göndəriləcək.
Bu mərhələnin dəqiq tarixi haqqında isə hələ ki, heç bir məlumat verilməyib.
Qeyd edək ki, birinci mərhələni tamamlamaq üçün 30 təyyarə reysi alınıb.