İtaliyanın “Yuventus” komandasının hücumçusu Kristiano Ronaldo məşq zamanı polisi vurub.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə jurnalist Tankredi Palmeri “Twitter” hesabında məlumat verib.
Belə ki, meydana daxil olan azarkeşlərdən birini saxlayan polis anidən K.Ronaldonun zərbəsinə tuş gəlib. Hadisə Beynəlxaq Çempionlar Kupoku matçından əvvəl edilən məşq zamanı baş verib. Polis futbolçunun hərəkətindən təəccüblənərkən, K.Ronaldo və komanda yoldaşları baş verənlərə gülüblər.
Qeyd edək ki, 24 iyul “Yuventus” Beynəlxaq Çempionlar Kupoku çərçivəsində “İnter” ilə qarşılaşacaq.