Bakıda intihara cəhdin qarşısı alınıb.
Hadisə bu gün axşam saatlarında Əhmədli qəsəbəsində qeydə alınıb.
Gənc qız “Əhmədli” metro stansiyasının yaxınlığındakı 9 mərtəbəli binalardan birinin damına çıxaraq özünü atmaq istəyib.
Lakin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının səyi nəticəsində bədbəxt hadisənin qarşısı alınıb.
(Oxu.az)