Bu gün Bakı çimərliklərində iki nəfər boğulma təhlükəsi ilə üzləşib.
Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən, Nardaran və Buzovna sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.