Şimşək çaxdı, 32 nəfər öldü


Hindistanın şimalında şimşək çaxması nəticəsində son 24 saat ərzində ən azı 32 nəfər həlak olub, 13 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb. Məlumata görə, hadisə Uttar Pradeş əyalətində baş verib. Bildirilir ki, ən çox zərər çəkənlər Kanpur və Fatehpur şəhərlərindən olub.
Dövlət qurumları həlak olanların və yaralıların ailələrinə lazımi yardım göstərəcəklərini bildiriblər.
 

DİGƏR XƏBƏRLƏR

Top