Merkel, Hitleri öldürmək istəyənləri "nümunəvi şəxslər" adlandırdı, yad etdi


Almaniyada 1944-cü ildə Adolf Hitleri öldürmək üçün keçirilən sui-qəsd əməliyyatının 75-ci ildönümündə hadisənin qəhrəmanları cəsarət və fədakarlıqlarına görə yad ediliblər.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya kansleri Angela Merkel, Hitlərə sui-qəsd təşkil edənlərin nümunəvi şəxslər olduğunu bildirib və bu gün də radikalizmlə mübarizədə hər kəsi cəsarətli olmağa çağırıb.
A. Merkel şənbə günü keçirilən tədbir zamanı avropalıları populizm, milliyətçilik, irqçilik və yəhudilərə qarşı ayrıseçkiliklə mübarizəyə dəvət edib və ölkəsində nasistlərə qarşı mübarizə aparanlara öz dərin ehtiramını dilə gətirib.
Qeyd edək ki, 20 iyul 1944-cü ildə Alman ordusunun zabiti Klauz von Staufenberqin təşkilatçılığı ilə Hitlərə sui-qəsd təşkil edilib. Onun iclas keçirəcəyi zal bombalansa da Hitler buradan sağ çıxa bilib. A. Hitler hadisədən sonra başda K. Staufenberq olmaqla bu işdə qolu olan 200-ə yaxın şəxsi edam etdirib.

DİGƏR XƏBƏRLƏR

Top