Yaşına görə azad edilən 77 yaşlı cinayətkar qadını uşaqlarının gözü önündə öldürdü


ABŞ-da "Çox yaşlı olduğu üçün cinayət işləyə bilməz" qərarı ilə azad edilən 77 yaşlı kişi bir qadını öldürüb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 1979-cu ildə həyat yoldaşını bıçaqlayaraq qətlə yetirən Albert Flik "özünü yaxşı apardığına" görə 2000-ci ildə sərbəst buraxılıb. Lakin o 7 ildən sonra sevgilisini öldürməyə cəhd etdiyi üçün yenidən həbsə atılıb.
2010-cu ildə isə başqa bir qadına hücum etdiyi üçün ona cəmi 4 il həbs verilib. Çünki məhkəmə heyəti onun 4 ildən sonra 72 yaşının olacağına və cinayət işləməsinin imkansız hala gələcəyinə qərara verib.
Lakin A. Flik 15 iyul 2018-ci ildə küçədə yaşayan qadın Kimberli Dobbini gündüz vaxtı əkiz uşaqlarının gözü qarşısında 11 dəfə bıçaqlayıb. Qadın hadisə yerində dünyasını dəyişib.
Axrıncı cinayəti ilə bağlı A. Flikin məhkəməsində yekun qərar avqustun 9-u veriləcək. Onun 25 il həbs cəzası alması gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top