Polisə düşən azyaşlı qaraçı qız: Pulumun yarısını anama verirəm - VİDEO


Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.

Yeniavaz.com xəbər verir ki Baku TV-nin əməkdaşları istismara məruz qalan qaraçı uşaqlarından biri ilə həmsöhbət olublar.

Adının Fatimə olduğunu deyən uşaq gündəlik salfet satmaqla qazandığı pulu anasına aparır.

Azyaşlının xalası, adının Əfsanə olduğunu deyən qadın da qaraçıdır. Ondan uşaq əməyini niyə istismar etdiyini soruşduqda isə cavabı belə olub:

“İmkanım yoxdur, nə edim? Bunu xoşumuza gəlir deyə etmirik, məcburuq, çörəyimiz buradan çıxır”.

Fatimə məktəbə getmədiyini desə də, xalası bunu inkar edib.

Daxili İşlər Nazirliyindən isə bildirilir ki, yalnız qaraçılar deyil, ümumiyyətlə, dilənçilərin şəhər küçələrində olmasına icazə verilmir. Onların kimliyi, yaşadıqları yer polis məntəqələrində müəyyənləşdirilir və onlar evlərinə göndərilir.

Bəzən polis əməkdaşları öz hesablarına avtobus tutur, qaraçıları yaşadıqları rayonlara, əsasən isə məskunlaşdıqları Yevlaxa yola salırlar.

DİGƏR XƏBƏRLƏR

Top