Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Yeniavaz.com-a verilən məlumata görə, hadisə Nərimanov rayonunda yerləşən beşmərtəbli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 50 m² olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb.
Yüksək temperaturdan kondisioner, televizor və dəhlizin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər xəsarət alıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.