Türkiyə bu gündən etibarən ilk və tək belə ölkədir


Rusiya istehsalı olan "S-400" hava hücumundan müdafiə sistemlərinin köməkçi qurğularının ölkəyə gətirilməsi ilə Türkiyə bu sistemə sahib 4-cü ölkə ünvanını qazandı.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, digər tərəfdən Türkiyə ərazisində həm ABŞ istehsalı olan "Patriot", həm də Rusiya istehsalı olan "S-400" hava hücümündan müdafiə sistemləri olan ilk ölkə olub.
Türkiyə həmçinin "S-400" sistemini əldə edən yeganə NATO ölkəsidir. 2007-ci ildən etibarən Rusiyada istifadə edilməyə başlayan "S-400" sistemlərini Türkiyədən başqa Çin və Belarusiya da öz hərbi bazasına daxil edib. 30 kilometr məsafəyə qədər yüksələbilən "S-400" sistemlərinin maksimum qət etdiyi məsafə isə 400 kilometrdir. Hər hədəfi 2 raketlə nəzarətdə saxlayan bu sistem eyni anda 80 hədəfi məhv etmək qabiliyyətinə malikdir.
Qeyd edək ki, Türkiyədəki "Patriot" sistemləri Adana şəhərindəki NATO-ya aid "İncirlik" Hərbi Hava Briqadasında yerləşdirilib. Türkiyədəki bu sistem İspaniya ordusuna məxsusdur.

DİGƏR XƏBƏRLƏR

Top