Mingəçevirdə 57 yaşlı qadın özünü 5-ci mərtəbədən atıb.
Yeniavaz.com xəbər verir ki, hadisə şəhərin Naxçıvan küçəsi 48 ünvanında qeydə alınıb.
1962-ci il təvəllüdlü, şəhər sakini Qiyafət Əliyeva özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.
İntihar edən şəxsin psixoloji problemlərinin olduğu bildirilir. Qonşuların bildirdiyinə görə, qadın atdığı psixatrop dərmanların təsiri keçməmiş özünü atıb.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir