Ermənilər necə müsəlman olduqlarından danışırlar - VİDEO


Türkiyənin Diyarbəkir bölgəsindən yaşayan müsəlman ermənilərlə bağlı sənədli film çəkilib.
Yeniavaz.com xəbər verir ki, sənədli filmin adı "Saklı Haç" ("Gizli Xaç") adlanır və bu ayın 16-da saat 19:30-da (Türkiyə vaxtı ilə) Diyarbəkir Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət və Konfrans Mərkəzində təqdimatı olacaq.
Əslən erməni olan Altan Sancar adlı jurnalist tərəfindən çəkilən sənədli film Dityarbəkir bölgəsinin Eyil rayonunda yaşayan müsəlman ermənilərin həyatından bəhs edir.
Filmdə danışan şəxslər bildirirlər ki, onların ata-babaları 1915-ci il hadisələrindən sonra zorla müsəlmanlaşdırılıblar. İddia olunur ki, bu ermənilər zor gücünə müsəlman olublar. Sübut kimi sandıqda gizlətdikləri "xaç"ı göstərirlər.
Altan Sancar mətbuata verdiyi açıqlamada bildirib ki, Türkiyədə onminlərlə müsəlmanlaşdırılan erməni yaşayır.
Maraqlı məqamlardan biri odur ki, Türkiyə vətəndaşları olan və hazırda Diyarbəkirdə yaşayan bu şəxslər 1915-ci ildə ermənilərin qətlə yetirildiyini də iddia edirlər. Bu cür əssasız iddiaların səsləndirildiyi bir film ayın 16-da Türkiyə ərazisində nümayiş olunacaq.

Allahverdi Cəfərov

 
 
 

DİGƏR XƏBƏRLƏR

Top