Uşaqlar qarpızı çox yeyərsə, nə baş verər?


Vətəni Afrika olan qarpız ən məşhur və yayın vazgeçilməz  meyvələrindən biridir. Bu qidanın faydalarını saymaqla bitmir.
Yeniavaz.com xarici KİV-ə istinadən sizlərə qarpızın bilmədiyiniz faydalarını təqdim edir:
Yay aylarında daha çox sərinlədici meyvə kimi istehlak edilən qarpız faydalı meyvələr arasında ilk sıralarda gəlir. Tərkibində 90% su olan bu meyvə vitamin və mineralları sayəsində xərçəng, infarkt kimi xəstəliklərin baş vermə  riskini azaldır.  Bundan əlavə qarpız tərkibində olan C, A vitamini və ona qırmızı rəng verən likopen maddəsi sayəsində göz xəstəliklərinin, ürək-damar, sümük  xəstəliklərinin qarşısını alır. A vitamini ilə zəngin olan bu qida dərinin nəmləndirilməsində də köməkçi olur. 
Qarpızın tərkibində olan "arginin" maddəsi yüksək təzyiqi aşağı salır, böyrəklər və sidik kisəsini yaxşı təmizləyir. Bu meyvə pəhriz saxlayan, artıqçəkili insanların qida rasionunda mütləq istehlak etməli olan qidalardan sayılır. 100 qram qarpızın tərkibində 30 kalori var.

Qarpızın zərərləri nələrdir?
Qarpızın sağlamlıq baxımından heç bir zərəri yoxdur. Ancaq daha çox istehlak edildiyində bir çox problemlər yaşana bilər. Uşaqlar bu qidanı çox yeyərlərsə, allergik reaksiyalar verə, dərilərində qırmızı nöqtələr yarana bilər. Böyüklərdə isə bu, həzm sistemi pozğunluğu, bədəndə şişkinlik və ürək bulanması kimi əks təsirlər yarada bilər.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top