"Adekvad" ictimai təşkilatının üzvləri Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyası təşkil ediblər.
Yeniavaz.com aksiyanın gedişi təşkilatın "Facebook" səhifəsində yayımlanıb. Etirazçılar İrəvanın və digər 12 şəhərin mərkəzi küçələrinin asfaltında "#SutNikol" (Yalançı Nikol) heşteqi ilə qraffit çəkibllər. Aksiyalarda 80 nəfər iştirak edib, onlardan 29-u saxlanılıb. Saxlanılara qarşı akt tərtib olunduqdan sonra onlar azad ediliblər.