Saakaşviliyə şəxsiyyət vəsiqəsi verildi - FOTO


Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili Ukraynaya qayıtmaq üçün bu gün şəxsiyyət vəsiqəsi alıb.
Yeniavaz.com-un məlumatına görə, bu barədə M. Saakaşvilinin özü "Facebook" səhifəsində məlumat verib. O bildirib: "Ukraynanın gözəl konsulu Varşavadakı səfirlikdə Ukraynaya qayıdış üçün şəxsiyyət vəsiqəsini təqdim etdi. İndi isə aeroporta və Kiyevə!".
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski M. Saakaşviliyə 2017-ci ildə məhrum edildiyi Ukrayna vətəndaşlığını qaytarıb.

DİGƏR XƏBƏRLƏR

Top