Çinin "Huawei" şirkətinin öz əməliyyat sistemi üçün patent alıb. Yeniavaz.com NTV telekanalına istinadla xəbər verir ki, şirkət bir müddətdir öz əməliyyat sistemini hazırlayırdı.
"Huawei"yin patent üçün müraciətində "Huawei Ark OS", "Ark", "Ark OS" və "Huawei Ark" marka adlarının yer aldığı görünür.
Şirkətin qurucusu Jen Çjenfey bildirib ki, bu əməliyyat sistemi istehsal ediləcək yeni smartfon və noutbuklarda quraşdırılacaq " Əməliyyat sistemi 2020-ci ilin birinci və ya ikinci rübündə hazır olacaq".
Xatırladaq ki, "Google" korporasiyası Çin şirkəti ilə əməkdaşlığını dayandırdıqdan sonra "Huawei"in "Android" sistemi ilə işləyən mövcud cihazlarında əməliyyat sistemi yenilənməyəcək.