Qalmaqallı REYD: "Qanundursa hər kəsə aiddir də!" - VİDEO


Mingəçevir şəhər Polis Şöbəsinin dövlət yol polisi bölməsi avtomobil sürücülərinə qarşı reyd keçirib.

Yeniavaz.com xəbər verir ki, reyd zamanı 150-dən çox avtomobil saxlanılıb.

Şəhərin Heydər Əliyev prospekti və ona bitişik küçələrdə keçirilən yoxlamalar zamanı yük və sərnişin daşımaları üzrə hüquqi normativlərə və qaydalara riayət etməyən sürücülər aşkarlanıb. 

Reyd zamanı qalmaqal yaradan sürücülər özlərinə haqq qazandırmağa çalışıblar. 

Onlar daşıdığı yükün üzərini bağlamayraq təhlükə yaradıblar. 

Bəzi yük maşınının sürücüləri isə səndlərini polisə verib əsəbi halda ərazidən uzaqlaşmağa çalışıb. 

Digər bir sürücü isə yük maşını idarə etsədə yük daşımadığını iddia edib.

Normadan artıq yük daşıdığı üçün saxlanılan sürücü YPX əməkdaşları ilə razılaşmayaraq qaydaları pozmadığını bildirib: "Mən pozuram qaydanı? Normadan artıq yükü Qaradağ postu qoymasın da. Qanundursa hər kəs aiddir də!".

Reyddən videonu təqdim edirik:

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top