Bütün ermənilərin katalikosu II Qaragen Birləşmiş Ərəb Əmirliklərində səfərdə olduğu zaman Azərbaycan haqqında böhtanlar səsləndirib.
Yeniavaz.com xəbər verir ki, Qaragen tərkibində Dubay kimi böyük şəhərin də yer aldığı Şarja əmirliyininin başçısı Sultan bin Məhəmməd Əl Qasimi ilə görüşüb.
Erməni katalikosu görüş zamanı bildirib ki, XX əsrin əvvəlində Osmanı imperiyası ermənilərə qarşı soyqırım həyata keçirib: "XX əsrin sonunda isə eyni siyasəti ermənilərə qarşı Azərbaycan həyata keçirib".
II Qaragen deyib ki, türklərin soyqırımından sonra ermənilər hər zaman ərəblərin himayəsinə sığınıblar.
Görüş zamanı II Qaragen Sultan bin Məhəmməd Əl Qasiminin Ermənistana səfərini xatırladaraq ona "Aqarçin" monastır kompleksinin bərpasına göstərdiyi dəstəyə görə təşəkkür edib.