ABŞ Prezidenti Donald Tramp mayın 16-da miqrasiya siyasətinin dəyişdirilməsi üzrə proqram təqdim edəcək. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, proqram Prezidentin müşavirləri Cared Kuşner Stiven Miller və Kevin Hast tərəfindən hazırlanıb.
Miqrantların qəbul sistemi indiyədək ailələrin birləşmələrinə daha çox əsaslanıb. Bundan sonra sistem elə dəyişdiriləcək ki, ingilis dilini bilənlərə, təhsilli və iş təklifi alanlara üstünlük verilsin. Digər tərəfdən, islahat "Green Card" kimi tanınan daimi yaşayış hüququ üzrə lotereyanın tam ləğv edilməsini nəzərdə tutur.