Bakı-Ankara-Bakı sərnişin qatarının bilet qiyməti 97 manat olacaq? - RƏSMİ AÇIQLAMA


Türkiyə tərəfi bu ilin avqust ayında Bakı-Tbilis-Qars dəmir yolu xəttində fəaliyyətə başlayacaq Bakı-Ankara-Bakı sərnişin qatarının biletlərinin qiymətinə dair Azərbaycan tərəfinə təklifini təqdim edib. 

Yeniavaz.com-un məlumatına görə, bunu ONA-ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bildirib.  

S. Qədirova deyib ki, Türkiyə tərəfi  qiymətlərin vaqonların kateqoriyasından asılı olaraq adambaşına 350-800 lirə (97- 220 manat) arasında olmasını təklif edib: “Azərbaycan tərəfi hazırda bu təklifə baxır. Hələ ki, bu məsələ ilə bağlı razılaşma yoxdur. Yaxın vaxtlarda qiymətlərə dair birgə razılıq əldə olunacaq və bu, ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, Bakı-Ankara-Bakı marşrutunda sərnişinlər Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İsveçrənin “Stadler” şirkətindən aldığı vaqonlar vasitəsi ilə daşınacaq.

Xatırladaq ki, Türkiyə Dəmir Yolları İdarəsinin məlumatına görə,  Ankara-Bakı sərnişin qatarının bu ilin avqust ayında fəaliyyətə başlayacaq. Ankara-Bakı sərnişin qatarı ilə həftədə bir dəfə səfər etmək mümükün olacaq. Səfər müddəti daha əvvəl 38 saat elan olunmuşdu. Lakin aparılan araşdırmalar göstərir ki, Ankara-Bakı səfəri 40 saatdan çox olacaq. Ankara-Bakı sərnişin qatarında qiymətlər 350 - 800 Türkiyə lirəsi (96 -221 manat) arasında təşkil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top