Xəbər verdiyimiz kimi, Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulacağı məkan məlum olub.
Yeniavaz.com Qafqazinfo-ya istinadən xəbər verir ki, heykəlin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur.
Heykəlin qoyulacağı məkanın fotolarını təqdim edirik:
Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu açıq heykəltəraşlıq müsabiqəsi elan edib.