Azərbaycanın qadın güləşçisi Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında qadın güləşçilərin mübarizəsinə yekun vurulub.

Bu gün daha 5 çəki dərəcəsində medalçılar müəyyənləşib. Azərbaycan təmsilçiləri 1 qızıl və 2 bürünc medal uğrunda mübarizə aparıblar.

65 kq çəki dərəcəsində yer alan Elis Manolova finalda rumıniyalı Krista İnçe ilə üz-üzə gəlib. Görüşün gedişində Manolova 0:4 hesabı ilə geri düşsə də, əzmkarlıq göstərərək, qarşılaşmanı qələbə ilə başa vurub - 6:4. Bununla da Manolova Azərbaycanın qadın güləşində ilk qızıl medalına sahib olub.

Alyona Kolesnik (57 kq) və Tatyana Omelçenko (62 kq) və isə bürünc medala sahib olublar. Həlledici görüşdə Kolesnik bolqarıstanlı Mimi Nikolova Xristovanı 10:2, Omelçenko ukraynalı İlona Prokopevnyuku 6:4 hesabı ilə yenib. Daha bir bürünc medalı isə ötən gün Elmira Qəmbərova (59 kq) qazanıb. Beləliklə, Azərbaycanın qadın güləşçiləri Avropa çempionatını 1 qızıl, 3 bürünc medalla başa vurublar.

53 kq

1/8 final - Tatyana Varansova - Vanesa Kaladzinskaya (Belarus) - 0:10

57 kq

Bürünc medal görüşü: Alyona Kolesnik - Mimi Nikolova Xristova (Bolqarıstan) - 10:2

Təsəlliverici görüş - Alyona Kolesnik - Denisa Fodor (Rumıniya) - 4:0

1/4 final - Alyona Kolesnik - Emese Barka (HUN) - 5:6

1/8 final. Alyona Kolesnik - Sara Yohanna Lindborq (Isveç) - 2:0

62 kq

Bürünc medal görüşü - Tatyana Omelçenko - İlona Prokopevnyuk (Ukrayna) - 6:4

1/2 final - Tatyana Omelçenko - Taybe Mustafa Yuseyin (BUL) - 0:4

1/4 final - Tatyana Omelçenko - Katarjina Madrovska (POL) - 12:1

1/8 final - Tatyana Omelçenko - Hedda Hauq Strand (Norveç) 12:1

65 kq

Final - Elis Manolova - Krista İnçe (Rumıniya) - 6:4

1/2 final - Elis Manolova - Petra Olli (FİN) - 5:1

1/4 final. Elis Manolova - Luzie Manzke (Almaniya) - 2:0

Təsnifat - Elis Manolova - Anna Katerina Yohansson (İsveç) - 2:2

Qeyd edək ki, qadın güləşçilərin mübarizəsində ilk yarış günündə Elmira Qəmbərova (59 kq) bürünc medal qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top