Özünəməxsus dadı ilə yeməklərə ləzzət verən sumağın orqanizm üçün də inanılmaz faydaları mövcuddur.
Meyvələri qurudularaq toz halına gətirilən sumaq əsasən ədviyyat kimi istifadə edilir.
Yeniavaz.com xəbər verir ki, 150 növündən yalnız 2-si zəhərsiz olan sumaq bitkisi ölkəmizdə də becərilir.
Ən vacib xüsusiyyəti isə qanda olan insulin səviyyəsini stabilləşdirməsidir.
Bu xüsusiyyətinə görə diabet və yüksək təzyiq xəstələrinin mütləq ondan istifadə etmələri məsləhətdir.
Antioksidant təsiri sayəsində yuxarı tənəffüs yolları xəstəliklərində qəflətən meydana gələn qızdırmanı aşağı salaraq beyini qoruyur.
Həftədə bir dəfə qəbul edilən sumaq suyu sinir sistemində olan zədəli hüceyrələrin sayını azaldaraq sağlam hüceyrə yaranmasını təmin edir.
Yorğunluq, stress və depressiya kimi narahatlıqların yaranması riskini də aradan qaldırır.
Sumaq suyundan arıqlamaq üçün də istifadə olunur.
Əgər övladınızda iştahsızlıq varsa onda uşağa ayda bir dəfə sumaq suyu içirin.
Bu onun həm immunitetini həm də iştahasını artıracaq. Sadəcə bir xörək qaşığı sumağı 1 stəkan suda qaynadın.
Daha sonra soyudaraq süzün. Yeməkdən 1 saat əvvəl içməsi üçün uşağa verin.