Bakıda şagirdlər birləşib müəllimi döydü - xəstəxanalıq etdi

Bakının Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 17 saylı məktəbdə şagirdlər birləşib müəllimi döyüblər.

Yeniavaz.com xəbər verir ki, Virtualaz.org-a daxil olan məlumatda deyilir ki, döyülən ingilis dili müəlliminin 21 yaşı var. Müəllim müxtəlif xəsarətlər aldığından məktəbə təcili yadım çağırılıb. Müəllimin xəsarətlərinin dərəcəsini müəyyənləşdirmək üçün ekspertizaya aparılıb. Faktla bağlı araşdırma başlanılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov müəllimin döyüldüyünü və məktəbə təcili yardım çağırıldığını təsdiqləyib. Bildirib ki, döyülən müəllimin həyatı üçün təhlükə yoxdur. Hadisənin motivini araşdırmağa çalışırıq.

DİGƏR XƏBƏRLƏR

Top