Qazaxıstanın paytaxtı Astananın adı dəyişdirilib. Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gün ölkə paytaxtı Astana şəhərinin adını Nur-Sultana dəyişdirilməsi ilə bağlı fərman imzalayıb.
Fərmanda deyilir: “Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin adı Nur-Sultan şəhərinə dəyişdirilsin”.
Xatırladaq ki, 1989-cu ildən Qazaxıstana başçılıq edən Nursultan Nazarbayev martın 19-da ölkə prezidenti səlahiyyətlərini dayandırması barədə fərman imzalayıb. 2020-ci ildə keçirilməli olan seçkilərədək keçmiş Baş nazir və parlament senatının sabiq spikeri Qasım-Jomart Tokayev dövlət başçısının səlahiyyətlərini icra edəcək. O, paytaxt Astananın Nursultan adlandırılması təşəbbüsü ilə çıxış edib. Qazaxıstan parlamenti bu təklifi dəstəkləyib.
Astananın adının dəyişdirlməsi şəhər sakinləri arasında etirazlara səbəb olub.