Türkmənistan paytaxtında rəngli disklər qadağan olunub


Türkmənistanın paytaxtı Aşqabadda avtomobillərdə rəngli diskləri qadağan olunub.

Yeniavaz.com "Türkmənistan xronikası"na istinadən xəbər verir ki, şəhər rəhbərliyinin qərarına əsasən disklər yalnız gümüşü rəngdə olmalıdır. Hətta ağ və ya tünd boz rənqli diskləri olan avtomobillər polis tərəfindən saxlanılacaq.
Yeni qaydaya əməl etməyən sürücülərin avtomobillərinə aid texniki pasport əllərindən alınacaq və texniki baxışa göndəriləcək.

Avtomobil təmir məntəqələrində artıq uzun sıralar əmələ gəlib.

Yeni qadağa rəngli disklərlə istehsal olunan “Toyota”, “Lexus” və “Mercedes” kimi markalı avtomobillərə də şamil olunur.

Bu ilin fevral ayından tünd rəngli, eləcə də qadınlar tərəfindən idarə olunan avtomobillər saxlanılaraq cərimə meydançasına aparılır.

DİGƏR XƏBƏRLƏR

Top