Rusiyanın tanınmış müğənnisi 38 yaşında dünyasını dəyişdi - FOTO + VİDEO

 
Rusiyalı müğənni Yuliya Naçalova şənbə günü axşam saatlarında dünyasını dəyişib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə ifaçının piar-direktoru Anna İsayeva deyib.
 
O, “Instagram” səhifəsində yazıb: “Bir saat əvvəl bizim Yuliyanın ürək döyüntüləri dayandı”. Müğənnu Moskvadakı klinikalardan birinin reanimasiyasında düşmüşdü. Onun qanında şəkərin səviyyəsi qəfil artmışdı.
 
Y. Naçalovanı çərşənbə günü ağ ciyərin süni ventilyasiya aparatına qoşublar. Bu gün müğənninin atası demişdi ki, qızının ayağını əməliyyat ediblər. Qeyd edək ki, Y.Naçalova 1981-ci il yanvarın 31-də Voronej şəhərində anadan olub.

DİGƏR XƏBƏRLƏR

Top