
Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında həbsdə olan müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun da adı var.
Sərəncamla Səlimov Mehman Əmirxan oğlu əfv edilib.
Xatırladaq ki, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.(report)