Xanımı çox danışdığı üçün kişi 60 il "lal və kar" oldu - BOŞANIRLAR


ABŞ-da 62 illik evli olan cütlüyün boşanma prosesi ölkədə gündəm olub. Belə ki, yoldaşı ilə daha az ünsiyyətdə olmaq istəyən kişi evlənən zaman ona yalandan kar və lal olduğunu deyib. 62 il sonra yoldaşının yalanını sosial şəbəkədəki bir videodan öyrənən qadın isə boşanmaq istəyib.
Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, Konnektikut ştatında yaşayan 84 yaşlı Berri Dovsonun yoldaşı onunla əlaqə qurabilmək üçün işarət dilini belə öyrənib. Cütlüyün 6 övladından və 13 nəvəsindən də heç biri bundan duyuq düşməyib.
84 yaşlı adamın yalanı isə karaokedə oxuduğu mahnının kadrlarının “youtube”a yüklənməsi ilə üzə çıxıb.
Berri Dovsonun vəkilinin müsahibəsi zamanı dedikləri isə ölkə ictimaiyyətinin marağına səbəb olub: “Berri xeyli sakit bir adamdır. Yoldaşı isə əksinə sözün əsl mənasında gəvəzədir. Əgər bu adam özünü kar kimi göstərməsəydi onlar 60 il əvvəl boşanmış olardılar. Berri, demək olar ki, hər şeyi ailəsi üçün edib”.

DİGƏR XƏBƏRLƏR

Top