Həftəiçi avrokuboklarda iştirak edən komandalarımızın növbəti mərhələlər üçün taleyinə aydınlıq gəldi. Səkkiz komandalı milli liqamızın dörd üzvü ölkəmizi Avropa arenalarında təmsil etdi və yalnız “Qarabağ” uğur qazanaraq növbəti mərhələyə vəsiqə qazandı. Çempionlar Liqasında “Olimpiakos” tərəfindən kənarlaşdırılan “Neftçi” də yoluna Avropa Liqasında davam edəcək. Mən fikirlərimə daha çox son çempionlar ilə davam edəcəm, buna səbəb ağ-qaraların ətrafında “Dinamo Tbilisi” qarşılaşmalarından indiyə qədər müzakirə olunmalı və cavabları axtarılmalı sualların olmasıdır.
“Olimpiakos” ilə cavab qarşılaşmasını stadionda izləməyə son anda qərar verdim, ancaq media sektora daha əvvəl qeydiyyat etmədiyim üçün azarkeşlərin arasına qatılaraq tribunada öz yerimi aldım. Azarkeşlər ilə oyunu izləmək və onun həyəcanını yaşamaq çox gözəl duyğu olmaqla yanaşı, fərqli insanlardan canlı analizləri eşitmək də bu olayın fərqli bir tərəfidir. Hər biri, hər nə qədər doğru yanaşmalar etməsə də, “xalqın gözü tərəzidir” misalının bəzi məqamlarda özünü doğrultduğunun şahidi oldum. Məsələn, matçın gedişatında, xüsusilə ikinci hissədə ətrafımdakı bir çox insanın “ə topu içəri göndərin” sədalarını Harramizin, Lavalın və Buqrinin eşitmələrini çox istəyərdim. “Neftçi” yunanların üzərində topu saxlamaqla üstünlük qurmuşdu, bəli, ancaq cərimə meydançasına daxil olmaqda xeyli çətinliklə üzləşdilər.
Hər iki matçın analizindən əlavə meydandan kənarda baş verən bəzi açıqlamalar da önəm kəsb etdi. Xüsusilə, Bakıdakı oyundan əvvəl və sonra Samir Abasovun açıqlamaları klub rəhbərliyi ilə onun arasında bəzi soyuq küləklərin əsdiyinin göstəricisi idi. Samir Abasov Azərbaycan futbolunun son illər üzə çıxardığı və özünə görə fərqli bir stili olan, perspektivli məşqçilərdən biridir. “Sumqayıt” və “Zirə” təcrübələrindən sonra “Neftçi” ilə çempionluq yaşamış bir məşqçi kimi ona hərkəs hörmət bəsləməlidir. Ancaq, oyundan sonrakı açıqlamalarına görə deyə bilərəm ki, onun da çox inkişaf etməyə ehtiyacı var. Hətta oyun ərzindəki bəzi reflekslərinə görə də bunu deyə bilərəm.
“Olimpiakos” elə ilk matçda göstərdi ki, “Neftçi” ilə müqayisədə daha kompakt və təcrübəli komandaya sahibdir. Hələ cütün ilk görüşündən əvvəl də düşünürdüm ki, “Neftçi” bu səddi aşmasa belə, bu böyük bir uğursuzluq sayılmayacaq. Ancaq Bakıdakı oyunda gördük ki, “Olimpiakos” o qədər də böyüdüləcək futbol sərgiləmir, və ya sərgiləmədi. Pirineylilər topa sahib olmaqdan çox əks-hücumlara üstünlük verməklə bakılıları birə-bir, təkbətək döyüşdəcə məğlub etmənin planını qurmuşdu, bunu bacardı da. Emin Mahmudov və Buqrin xaric “Neftçi”-nin digər futbolçuları öz şəxsi qabiliyyətlərini sərgiləməkdə çox çətinlik çəkdilər. Samir Abasov xüsusilə cinah yarımmüdafiəçilərinə güvənirdi ki, onlar da ümumiyytlə təsirsiz qaldılar. Təbii ki, Namiq Ələsgərovun olmaması və onun əvəzinə Meza Kollinin irəlidə son adam kimi meydana çıxması Samir müəllimin planlarını pozmuşdu. Ancaq o, bu məcburi heyət dəyişikliyinə görə sistem dəyişikliyi etməmişdi, bunu oyunda görmək çox asan idi. Samir Abasov buna məcburi də olsa 31-ci dəqiqədə müdaxilə etdi, Öməri əvəz edərək Mirabdullanı meydana buraxdı. Nə baş verdi, Samir Abasovun alternativ sisteminin olmamasının və ya olduğu təqdirdə işləməməsinin nəticəsində Mirabdulla topla təchiz edilə bilmədi, çox təsirsiz qaldı. O buna çarə kimi 82-ci dəqiqədə hücumçunu da oyundan çıxardı, bununla da Mirabdullaya bildirmək istədi ki sənin oyunun alınmadı və ya mən indi başqa birşey yoxlayacam. Yəni, Samir Abasov oyunun gedişində anladı ki, fərqli variasiyalar etmək lazımdır, ancaq o bunu Namiq Ələsgərovun yoxluğunda elə oyun başlamadan etməli idi ki “Olimpiakos”-u da qarışdırsın, onların da hazır planını pozsun. “Neftçi” döyüşdü, ancaq çarəsiz döyüşürdü sanki. Emin və Buqrin yazılmış plan əsasında oyunu daha çox cinahlara yıxdılar, cinah yarımmüdafiəçiləri də rəqiblərlə üzbə-üz döyüşə bilmədilər. Bu zaman mərkəz yarımmüdafiəçiləri topu rəqibin mərkəzi tərəfdən oyun qurmağa üstünlük verməli idilər, bunu da Emin bir-iki dəfə yoxladı, amma davamlı olmadı.
Samir müəllimin oyundan sonra “Tapança və tüfəng ilə tankın qarşısına çıxmaq çox çətindir” sitatını fərqli şərh etmək olar. Abasov bunu birbaşa rəhbərliyə göndərdi ki, mənim silah-sursatım zəifdir, mənə yaxşı silahlar almalısınız. Bu məqamda ona tamamilə haqq verirəm. Avropa arenalarında bir tək Namiq Ələsgərovla davam etmək böyük risqdir. Ona yaxın səviyyədə ən az bir hücumçu transfer edilməlidi, həmçinin cinahlara da əlavə qüvvə cəlb edilməlidir. Ancaq oyun da onu göstərdi ki, “Neftçi” tapança və tüfəngini elə bir istiqamətdəcə yoxladı, silahlarını fərqli yöndə tamamilə istifadə etmədi. Sual budur ki, oyun ərzində rəqibin səngərinə tapança ilə də girmək mümkün idimi?